Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları arxada qalıb. “ABU Arena”da keçirilən yarışın növbəti günündə meydana əvvəlcə “Qarabağ” və“Azəryol” komandaları çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi vəd edən oyunda əksəriyyət son ölkə çempionunun qələbəsinə inanırdı. Amma qapılara 51 qolun vurulduğu görüşdən “Qarabağ” qalib ayrılıb – 27:24.
Günün ikinci qarşılaşmasında “Azərsu” “İdman Akademiyası” komandası ilə üz-üzə gəlib. Oyunun əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu” rəqibi çətinlik çəkmədəm məğlubiyyətə uğradıb – 37:24.
Oktyabrın 23-də keçiriləcək 3-cü turun oyunlarında“Qarabağ” “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.
Kişi həndbolçuların ölkə çempionatında isə ikinci turun görüşləri oktyabrın 19-da olacaq. Həmin gün “Məhsul” “Bakı” ilə,” U-18” “Təhsil” ilə üz-üzə gələcək.
26.03.2024
“Kür” yenidən zirvəni ələ keçirdi...
25.03.2024
Lider inamlı qələbə qazandı...
Ölkə çempionu ilk məğlubiyyətlə barışdı
683 18.11.2019
“Azəryol” komandası “Qaliçanka” klubu ilə ilk oyununu keçirib
678 07.09.2019
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku uğrunda ilk oyunlarını keçiriblər
794 16.09.2018
Azərbaycan çempionatı: VIII turun ilk oyun gününün nəticələri
124 27.01.2024
Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub
630 13.03.2017
Milli komandamız beynəlxalq turnirə qatılıb
714 11.06.2019
Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi
749 13.10.2019
Seçmə komandamız Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək
770 08.04.2019