Həndbol üzrə XXVII ölkə çempionatı başladı

09.10.2019
690
Paylaş:

Həndbol  üzrə  Azərbaycan  çempionatının  yeni  mövsümünə  qadınların  mübarizəsi  ilə  start  verilib.   Yarışın  ilk  oyununda   “Azərsu”  və  “Azəryol”  komandaları  üz-üzə  gəliblər.  Mövsümün  start  matçında  son  çempionun  imkanları  daha  yüksək  qiymətləndirilirdi.  Bu  cür  düşünənlər  yanılmayıblar.  “Azərsu”nun  ciddi  müqavimətinə  baxmayaraq,  görüş  29:18  hesabı  ilə  “Azəryol”un  qələbəsi  ilə  nəticələnib.

İlk  oyun  gününün  digər  qarşılaşmasında  “Qarabağ”  “İdman  Akademiyası”  komandasını  sınağa  çəkib.  Maraqlı  mübarizə  şəraitində  keçən  görüşdə   “Qarabağ”  qələbə  qazanıb    -  35:21.

Qeyd  edək  ki,  kişilərdən  ibarət  komandaların  mübarizəsinə  oktyabrın  12-də  start  veriləcək.  Həndbol  həvəskarları  ilk  turda  “Təhsil”  “Məhsul”  və  “Bakı”  –  U-18  qarşılaşmalarını  izləyə  bilərlər.  Görüşlər  müvafiq  olaraq,  17:00  və  19:00-da  başlanacaq.

Azərbaycan  çempionatının  bütün  oyunları  “ABU  Arena”da  keçiriləcək.

Digər Xəbərlər

Favoritlərin inamlı qələbələri

653 13.03.2023

“Nur” azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb

657 22.10.2017

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar

600 31.10.2022

“Azəryol” və “Qarabağ” həndbol komandaları növbəti qələbələrini qazanıblar

596 17.01.2023

“Qarabağ” da lideri dayandıra bilmədi

824 16.02.2019

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

675 01.05.2022

Kubokun finalçıları müəyyənləşdi

589 06.03.2018

"Gənclər Birliyi" bu dəfə də meydanı xalsız tərk etdi

63 14.03.2024