“Azəryol” “Qarabağ”ı çətinliklə yendi

16.03.2019
810
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  növbəti  qarşılaşmalar  olub.  Qızıl  medallara  namizədlərdən  sayılan  “Azəryol”  bu  dəfə  “Qarabağ”la  münasibətləri  aydınlaşdırıb.  Görüşün  favoriti  rəqibin  kifayət  qədər  ciddi  müqavimətinə  rast  gəlib.  Bununla  belə,  gərgin  mübarizənin  sonunda  “Azəryol”  komandası  azarkeşlərini  sevindirməyi  bacarıb  –  26:23.

Yarış  cədvəlinin  lideri  isə  “Gənclər  Birliyi”ni  sınağa  çəkib.  “Azərsu”nun  tam  üstünlüyü  şəraitində  keçən  oyun  49:23  hesabı  ilə  nəticələnib.

Hərəyə  32  xalı  olan  “Azərsu”  və  “Azəryol”  komandaları  1-ci,  2-ci  yerləri  bölüşürlər.  Bir  oyun  az  keçirən  “Azərsu”  ilk  pillədədir.  3-cü  yerin  sahibi  “Qarabağ”ın  16  xalı  var.  7  xala  malik  “İdman  Akademiyası”  və  “Olimpiya”  komandaları  4-cü,  5-ci  pillələrdə  qərarlaşıblar.  Autsayder  “Gənclər  Birliyi”  hələ  də  xal  qazana  bilməyib.

Digər Xəbərlər

Yeniyetmə həndbolçular arasında Azərbaycan və Bakı birinciliyinə yekun vurulub

611 05.06.2022

“Məhsul” komandası ilk məğlubiyyətlə barışıb

572 03.12.2017

Beynəlxalq dərəcəli hakimlərimizə yeni təyinatlar gəlib

735 06.10.2017

Həndbol üzrə Avropa çempionatı davam edir

497 06.08.2023

“Nur” azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb

666 22.10.2017

“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb

1068 24.10.2018

Yeni Həndbol Liqası keçirilr

761 24.01.2020

Kişi həndbolçuların Azərbaycan çempionatında II turdan sonra turnir cədvəli

333 23.11.2023