“Azəryol” liderlə xal fərqini aradan qaldırıb

09.03.2019
829
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  16-cı  turun  oyunları  keçirilib.  Baş  mükafata  namizədlərdən  sayılan  “Azəryol”un  növbəti  rəqibi  “Gənclər  Birliyi”  komandası  olub.  Gənc  həndbolçular  çox  çalışsalar  da,  güclü  rəqibin  kəsərli  hücumlarının  qarşısını  ala  bilməyiblər.  Nominal  meydança  sahibinin  aşkar  üstünlüyü  şəraitində  keçən  qarşılaşma  53:26  hesabı  ilə  nəticələnib.

Daha  gərgin  mübarizə  ilə  yadda  qalan  “Qarabağ”  –  “İdman  Akademiyası”  matçında  isə  “Qarabağ”  həndbolçuları  qələbə  qazanıblar  –  33:28.

Növbəti  qələbəyə  imza  atan  “Azəryol”  lider  “Azərsu”  ilə  xal  fərqini  aradan  qaldırıb.  Belə  ki,  bir  oyun  az  keçirən  “Azərsu”nun  da  30  xalı  var.  “Qarabağ”  16  xalla  üçüncü  yerdə  qərarlaşıb.  Hərəyə  7  xalı  olan  “İdman  Akademiyası”  və  “Olimpiya”  komandaları  4-cü,  5-ci  pillələri  bölüşürlər.  Hələ  ki  xal  qazana  bilməyən  “Gənclər  Birliyi”  çempionatın  autsayderidir.

Digər Xəbərlər

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib

609 01.06.2021

Hakimlərimiz Avropa Kubokunun oyununa təyinat alıblar

153 12.01.2024

Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib

1068 02.04.2019

Azərbaycan çempionatında VII turun oyun cədvəli

182 10.01.2024

“Azəryol” yoxlama oyununda “Karpati”yə qalib gəlib

758 03.09.2019

Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov yeni təyinat alıb

691 22.10.2021

Avropa çempionatı: GEO (Gürcüstan) - BİH (Bosniya və Herseqovina) 20:38

385 10.08.2023

Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

714 18.11.2019