“Azəryol” liderlə xal fərqini azaldıb

24.02.2019
2682
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  növbəti  oyunlar  keçirilib.  Yarışın  lideri  “Azərsu”  bu  dəfə  “İdman  Akademiyası”  komandasını  sınağa  çəkib.  Rəqibi  bütün  göstəricilərdə  üstələyən  “Azərsu”  səviyyə  fərqini  yekun  nəticədə  əks  etdirib  –  47:17.

Çempionluğa  iddialı  digər  komanda  –  “Azəryol”  isə  həftəsonu  iki  oyuna  çıxıb. Bakıda “Olimpiya”nın  qonağı  olan  “Azəryol”  ilk  oyunda  40:18,  ikinci  qarşılaşmada  34:22  hesabı  ilə  qələbə  qazanıb.

Uğurlu  seriyanı  davam  etdirən  “Azərsu”  30  xalla  çempionatın  vahid  lideridir.  İkinci  pillədəki  “Azəryol”  komandası  liderlə  xal  fərqini  ikiyə  endirib.  “Qarabağ”  14  xalla  üçüncü  yerdə  qərarlaşıb.  “İdman  Akademiyası”  ilə  “Olimpiya”nın  hərəyə  7  xalı  var.  Autsayder  “Gənclər  Birliyi”  hələ  ki  xal  qazana  bilməyib.

Digər Xəbərlər

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında mübarizə yekunlaşır

2481 20.08.2017

Azərbaycan çempionatında fasilə başa çatdı

3109 06.02.2020

Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi

2620 13.10.2019

Kişi həndbolçuların ölkə çempionatında IV turdan sonra turnir cədvəli

367 25.01.2026

“Azəryol” “Qarabağ”ı çətinliklə yendi

2752 16.03.2019

Çingiz Əzimov  yenidən gənc hədbolçularla çalışacaq

580 13.10.2025

"Nur" mərkəzi oyundan qələbə ilə ayrıldı

2745 25.03.2018

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycan - İspaniya 18:38

2515 14.10.2023