“Azəryol” “Qarabağ”ın müqavimətini çətinliklə qırıb

02.02.2019
733
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  12-ci  turun  oyunları  keçirilib.  Çempionluğa  əsas  namizədlərdən  sayılan  “Azərsu”  “Gənclər  Birliyi”  ilə  görüşdə  ciddi  müqavimətlə  üzləşməyib.  Qarşılaşma  48:23  hesabı  ilə  favorit  komandanın  xeyrinə  nəticələnib.

Baş  mükafata  digər  iddialı  –  “Azəryol”  da  turu  qələbə  ilə  başa  vurub.  “Azərsu”dan  fərqli  olaraq,  “Azəryol”  üçün  növbəti  qələbə  heç  də  asan  alınmayıb.  Güclü  rəqibə  qarşı  oyunda  yüksək  əzmkarlıq  nümayiş  etdirən  “Qarabağ”  cəmi  2  xal  fərqi  ilə  məğlub  olub  -  24:26.

“Azərsu”  13  oyundan  24  xalla  çempionatın  lideridir.  Ondan  bir  oyun  az  keçirən  “Azəryol”  22  xalla  ikinci  yerdə  qərarlaşıb.  “Qarabağ”  14  xalla  3-cü,  Tbilisi  “Olimpiya”sı  7  xalla  4-cüdür.  5-ci  pillədəki  “İdman  Akademiyası”nın   5  xalı  var.  Autsayder  “Gənclər  Birliyi”nin  aktivində  xal  yoxdur.

Digər Xəbərlər

Millinin baş məşqçisi: "Daha çox çalışmaqla istəyimizə çata bilərik"

627 10.06.2022

Ulu öndərin xatirəsinə həsr edilən həndbol turniri keçiriləcək.

690 30.04.2018

Həndbolçularımız Gürcüstana yollanacaqlar

827 03.06.2019

Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib

877 15.02.2019

Avropa çempionatı: ESP (İspaniya) - LUX (Lüksemburq) 33:13

473 07.08.2023

Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışa start veriləcək

717 15.12.2017

Avropa çempionatı: İsrail - Farer adaları 22:38

489 06.08.2023

"Bakı" komandası mübarizəni dayandırıb

811 14.10.2018