Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb

12.01.2019
677
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  10-cu  tur  da  arxada  qalıb.  Son  oyun  günündə  iki  qarşılaşma  olub.

“Qarabağ”  –“Gənclərbirliyi”  matçında  nominal  meydança  sahibi  çempionatın  aşkar  autsayderini  növbəti  məğlubiyyətlə  barışdırıb  –  37:19.

Baş  mükafata  əsas  namizədlərdən  sayılan  “Azərsu”  isə  “İdman  Akademiyası”  ilə  oyunda  inamlı  qələbə  qazanıb.  “Tələbələr”  çox  çalışsalar  da,  güclü  rəqibin  kəsərli  həmlələrini  dəf  etməkdə  çətinlik  çəkiblər.  Görüş  37:15  hesabı  ilə  “Azərsu”nun  xeyrinə  nəticələnib.

10  oyundan  hərəyə  18  xal  toplayan  “Azəryol”  və  “Azərsu”  komandaları  çempionatın  şərikli  liderləridir.  “Qarabağ”  12  xalla  3-cü  pillədə  qərarlaşıb.  4-cü  pillənin  sahibi  Tbilisi  “Olimpiya”sının  aktivində  7  xal  var.  “İdman  Akademiyası”  5  xalla  5-ci  yerdədir.  Autsayder  “Gənclər  Birliyi”nin  isə  hələ  də  xalı  yoxdur.

Bu  turdan  sonra  Azərbaycan  çempionatında  qısa  fasilə  yaranacaq.  Yarışın  3-cü  dövrəsinə  yanvarın  24-də  start  veriləcək.

Digər Xəbərlər

Favoritlərin növbəti qələbəsi

666 25.11.2019

Avropa çempionatı: LTU (Litva) - ESP (İspaniya) 19:41

368 12.08.2023

Komandalarımızın rəqibləri müəyyənləşdi

418 18.07.2023

Nasser Salimi: Yaxın gələcəkdə Azərbaycan həndbolunun Avropada öz sözünü deyəcəyinə ümid edirəm

689 13.07.2022

“Azəryol”la “Bakı” çempionluğu rəsmiləşdirdi

670 24.04.2022

Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb

662 25.04.2023

Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib

849 08.12.2018

Ölkə çempionatının favoritləri növbəti qələbələrini qazanıblar

628 28.10.2017