“Azəryol” Tbilisidən qələbə ilə dönür

11.01.2019
2535
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  daha  iki  qarşılaşma  olub.  Tbilisidə  keçirilən  oyunlarda  yerli  “Olimpiya”  ilə  Bakının  “Azəryol”  komandası  qarşılaşıb.  Yanvarın  10-da  təşkil  olunan  görüş  33:21  hesabı  ilə  Azəryolun  xeyrinə  başa  çatıb.
Rəqiblərin  bugünkü  oyunu  da  “Azəryol”un  üstünlüyü  ilə  yadda  qalıb.  Bunun  məntiqi  nəticəsi  kimi  ikinci  qarşılaşmanı  da  Azərbaycan  həndbolçuları  qələbə  ilə  bitiriblər-  31:22.
Xatırladaq  ki,  razılaşmaya  əsasən,  Azərbaycan  çempionatının  20  oyunundan  10-nu  Bakıda  keçirən  Gürcüstanın  “Olimpiya”  komandasının  digər  görüşləri  Tbilisidə  təşkil  olunur.
Sabah  keçiriləcək  Qarabağ  –  Gənclərbirliyi,  İdman  Akademiyası  –  Azərsu  görüşləri  ilə  yarışın  10-cu  turuna  yekun  vurulacaq.
Azərbaycan  çempionatının  3-cü  dövrəsinə  isə  yanvarın  24-də  start  veriləcək.

Digər Xəbərlər

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

2601 17.10.2022

Millimiz Litva seçməsinə qalib gəldi

2094 28.02.2024

Azərbaycanlı nümayəndə Avropa Kubokunun 1/4 final matçına təyinat alıb

248 21.03.2026

17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin III turunun oyun cədvəli

2716 07.08.2023

Avropa çempionatı: Yunanıstan - İsrail 22:28

2697 07.08.2023

Həndbolçularımız Tbilisidə keçiriləcək mötəbər yarışa qatılacaqlar

2540 22.04.2021

AHF-də iclas keçirilib

3102 14.11.2021

VII tur: Azəryol - Qarabağ 28:27

2786 21.01.2024