Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib

08.12.2018
850
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  növbəti  turun  görüşləri  də  maraqlı  mübarizə  ilə  yadda  qalıb.“ABU  Arena”da  təşkil  olunan  oyunlardan  “Azəryol”  –  “Azərsu”  qarşılaşması  daha  çox  diqqət  çəkib.  Gərgin  mübarizə  şəraitində  keçən  görüşdə  çempionluğa  əsas  namizədin  imkanları  yüksək  qiymətləndirilsə  də,  yüksək  əzmkarlıq  göstərən  “Azəryol”  çətin  qələbə  qazanıb  –  26:22.

“Gənclərbirliyi”  –  “İdman  Akademiyası”  matçı  nominal  qonaqların  qələbəsi  ilə  nəticələnib  –  30:32.

“Qarabağ”  komandası  isə  həftəsonu  Gürcüstanın  “Olimpiya”  kollektivi  ilə  keçirdiyi  hər  iki  qarşılaşmanı  qələbə  ilə  başa  vurub  -   33:23  və  42:18.

Məğlubiyyətə  baxmayaraq  “Azərsu”  14  xalla  çempionatın  vahid  lideridir.  Onun  ən  yaxın  izləyicisi  “Azəryol”  vacib  qələbə  sayəsində  aktivinə  8-ci  xalı  yazdırıb.  Qoşa  oyunlarda  qələbə  çalan  “Qarabağ”  da  eyni  xala  malikdir.  “İdman  Akademiyası”  növbəti  məğlubiyyətlə  barışan  “Gənclər  Birliyi”  üzərində  qələbə  ilə  xal  sayını  5-ə  çatdırıb.

Digər Xəbərlər

Kişi həndbolçularımız Ukraynada ardıcıl üçüncü qələbəni qazanıblar

536 14.04.2017

Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov Türkiyədə keçiriləcək oyuna dəvət alıb

684 30.12.2021

Həndbol üzrə Azərbaycan çempionatı başlanır

583 13.02.2017

Kişi həndbolçuların Azərbaycan çempionatının ən yaxşıları müəyyənləşib

594 01.06.2023

Həndbolçularımız Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırlar

434 28.07.2023

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31

390 13.08.2023

”Bakı-2017”: Qadın həndbolçulardan ibarət komandamız ardıcıl ikinci qələbəni qazanıb

708 10.05.2017

Favoritlərin növbəti qələbəsi

666 25.11.2019