Həndbol üzrə 26-cı Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib.
Çempionata oktyabrın 6-da start veriləcək. Ölkə birinciliyində 6-sı qadınlardan, 4-ü isə kişilərdən ibarət olmaqla 10 komanda iştirak edəcək.
Qadınların yarışında "Azərsu", "Azəryol", "Gənclər Birliyi", "İdman Akademiyası" "Qarabağ" və Gürcüstanın Tbilisi şəhərini təmsil edən "Olimpiya" kollektivləri mübarizə aparacaqlar. Kişi həndbolçuların mübarizəsində isə "Bakı", "Təhsil", "U-16" və "Məhsul" komandaları birincilik uğrunda yarışacaqlar.
İlk yarış günündə qadınlar arasında üç oyun keçiriləcək. Belə ki, "Gənclər Birliyi” "Azəryol"la, "İdman Akademiyası” "Qarabağ"la, "Azərsu" isə "Olimpiya" kollektivi ilə üz-üzə gələcək.
Çempionatın açılış mərasiminin saat 17:00-da keçirilməsi nəzərdə tutulub.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
“Kür” təcrübəli həndbolçunu heyətə cəlb edib
532
28.11.2025
Ramazan bayramınız mübarək!
1595
29.03.2025
Qazaxıstan millisindən uğurlu start
1435
30.08.2025
"Azəryol" vahid liderliyə yiyələndi
2709
11.12.2019
“Kür” rəqiblərini qabaqlayır
1698
22.01.2025
“Kür” çempionluğa doğru addımlayır
1373
13.02.2025
İnkişaf etməkdə olan ölkələrin çempionatı: Paraqvay - Azərbaycan 34:22
1817
15.03.2025
“IHF Trophy” turniri: Bolqarıstan - Azərbaycan 47:24 (21:12)
494
29.11.2025