Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turnirinə start verilib

09.05.2018
723
Paylaş:

Paytaxtımız  ulu  öndər  Heydər  Əliyevin  anadan  olmasının  95-ci  ildönümünə  həsr  olunan  beynəlxalq  həndbol  yarışına  ev  sahibliyi  edir.  Xatirə  turnirində  Azərbaycanın  və  Gürcüstanın  kişi  həndbolçuları  mübarizə  aparırlar.  Ölkəmizi  bu  yarışda  Azərbaycan  çempionu  “Bakı”  və  yenicə  başa  çatan  çempionatın  gümüş  mükafatını  qazanan  “Məhsul”  komandası  təmsil  edir.  Həndbolçularımızın  rəqibləri  isə   Gürcüstanın  “U-20”  və  “Batumi”  kollektivləridir.

Yarışın  açılış  mərasimində  iştirakçılara  Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  Saleh  Məmmədovun  salamlarını  çatdıran   federasiyanın  vitse-prezidenti  Orxan  Abbasov  nitqinə  ulu  öndərin  “Mən  həmişə  fəxr  etmişəm,  bu  gün  də  fəxr  edirəm  ki,  mən  azərbaycanlıyam”  kəlamı  ilə  başlayıb.  Ümummilli  liderin  idmana  göstərdiyi  diqqət  və  qayğıdan  söz  açan  Orxan  Abbasov  həmin  siyasətin  ölkə  başçısı  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirildiyini  vurğulayıb.  Federasiya  rəsmisi   Azərbaycanın  dünyada  idman  ölkəsi  kimi  tanınmasının,  təmsilçilərimizin  beynəlxalq  arenalarda  böyük  uğurlara  imza  atmasının  məhz  bu  siyasətin  bariz  nümunəsi  olduğunu  bildirib.

Qonaqları  gürcü  dilində  salamlayan  O.  Abbasov   yarış  iştirakçılarına  uğurlar  arzulayıb.

Turnirin  ilk  günündə  keçirilən  oyunlar  həndbolçularımızın  qələbəsi  ilə  nəticələnib.  Azərbaycan  çempionu  “Bakı”  Gürcüstanın  “U-20”  komandasına  36-34  hesabı  ilə  qalib  gəlib.  “Məhsul”  isə  “Batumi”  üzərində  daha  inamlı  qələbə  çalıb  –  37-28.

Mayın  10-da  “Batumi”  –  “Bakı”  və  Gürcüstan  “U-20”  –  “Məhsul”  görüşləri  keçiriləcək.  Xatirə  turnirinin  qalibi  mayın  11-də  müəyyənləşəcək.

Digər Xəbərlər

Seçmə komandamız 3 yoxlama görüşü keçirib

615 24.05.2018

"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

715 19.11.2018

“Nur” daha bir inamlı qələbə qazanıb

732 25.02.2018

Hakimlərimiz beynəlxalq oyunda

617 13.10.2019

Yeniyetmə həndbolçuların Bakı birinciliyi başa çatıb

718 30.01.2018

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına səkkiz oyunla start verilib.

772 18.08.2017

Favoritlər etimadı doğruldublar

604 21.01.2018

Həndbolçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar

813 28.02.2020