Kişi həndbolçuların pley-off görüşləri davam edir

08.04.2018
2751
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatının  pley-off  mərhələsinin  ikinci  oyunları  keçirilib.

"Bakı"  -  "Təhsil"  görüşündə  azarkeşlər  gərgin  mübarizənin  şahidi  olublar.  Qarşılaşma  "Bakı"  komandasının  34:33  hesablı  qələbəsi  ilə  nəticələnib.

Günün  digər  matçında  isə  "Məhsul"  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  komandasını  33:24  hesabı  ilə  məğlub  edib.

Xatırladaq  ki,  pley-off  mərhələsinin  ilk  oyunlarında  "Bakı"  "Təhsil"ə  37:34,  "Məhsul"  “RİOEUGİM”-ə  36:30  hesabı  ilə  qalib  gəlib.

Mərhələnin  aprelin  15-nə  təyin  olunan  son  oyunlarında  "Məhsul"  “RİOEUGİM”  ilə,  "Bakı"  isə  "Təhsil"lə  üz-üzə  gələcək.

Digər Xəbərlər

18 oktyabr- Müstəqilliyin bərpası günüdür

1878 18.10.2024

Ölkə çempionatı: “İdman Akademiyası”-“Qarabağ” 29:28 (18:19)

261 14.04.2026

Avropa çempionatı: AZE (Azərbaycan) - LUX (Lüksemburq) 12:46

2259 12.08.2023

Azərbaycanın qadın həndbolçuları “Konya-2021” də növbəti qələbələrini qazanıblar

3060 09.08.2022

Cəlilabad komandası respublika finalına vəsiqə qazanıb

2456 06.01.2024

"Bakı" və "Azəryol"dan növbəti qələbə

1346 30.03.2025

Millimiz Litva seçməsinə qalib gəldi

2102 28.02.2024

“Kür” Azərbaycan çempionudur

2098 13.05.2024