Qısa fasilədən sonra qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.
7-ci turun “AHF Arena”da keçirilən ilk matçında “Azəryol” “U-16” komandasına göz açmağa imkan verməyib. Rəqiblər arasındakı səviyyə fərqi hesabda əksini tapıb – 51:13.
“Azərsu” – “Qarabağ” görüşündə də nominal qonaqlar inamlı qələbə qazanıblar. “Qarabağ”ın tam üstünlüyü şəraitində keçən qarşılaşma 59:12 hesabı ilə nəticələnib.
Çempionatın 8-ci turunda da favoritlər inamlı qələbə ilə azarkeşlərini sevindiriblər. “Qarabağ” “Azərsu”nu 54:15, “Azəryol” “U-16”nı 50:17 hesabı ilə məğlub edib.
Aktivinə 18-ci xalı yazdıran “Azəryol” çempionatın lideridir. “İdman Akademiyası” ilə “Qarabağ”ın hərəyə 12 xalı var. “Azərsu” 6 xalla 4-cüdür. “U-16” hələ də xal qazana bilməyib. Növbəti turun oyunları yanvarın 21-də olacaq.
Şərh əlavə et