Həndbolçularımız Avropa çempionatının təsnifat turnirinə qələbə ilə başlayıblar

Kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsinə start verilib.
Milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupun oyunları 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
Turnirin ilk matçında Böyük Britaniya və Kipr komandaları üz-üzə gəliblər. Oyundan əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib, açılış matçının iştirakçılarının dövlət himnləri səsləndirilib. Görüş gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. Hər iki komanda turnirə qələbə ilə başlamağa çalışsa da, istəyinə nail ola bilməyib. Qarşılaşma 25-25 hesabı ilə başa çatıb.
Ardınca yarışın açılış mərasimi olub. Milli musiqi sədaları altında təqdim edilən müxtəlif rəqslər, maraqlı kompozisiyalar maraqla qarşılanıb.
Açılış mərasimdən sonra meydançaya Azərbaycan və Malta milliləri çıxıblar. Dövlət himnləri səsləndirildikdən sonra mübarizəyə start verilib. AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov, Gənclər və İdman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovun da izlədiyi oyun Azərbaycan həndbolçularının tam üstünlüyü ilə keçib. Meydançaya qələbə üçün çıxan millimiz fasiləyə 18-6 hesablı üstünlüklə yollanıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən həndbolçularımız 34-25 hesabı ilə qələbə qazanıblar.
Günün hər iki görüşündə sonra ən yaxşı oyunçulara xüsusi mükafatlar təqdim olunub.
Qeyd edək ki, sabah saat 14:45-də Malta – Kipr, 17:00-da Azərbaycan – Böyük Britaniya görüşləri keçiriləcək. Yanvarın 15-də isə saat 12:45-də başlanacaq. Böyük Britaniya – Malta və start fiti 15:00-da səslənəcək. Kipr – Azərbaycan görüşləri ilə turnirə yekun vurulacaq.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524