Kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsinə start verilib.
Milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupun oyunları 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
Turnirin ilk matçında Böyük Britaniya və Kipr komandaları üz-üzə gəliblər. Oyundan əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib, açılış matçının iştirakçılarının dövlət himnləri səsləndirilb. Görüş gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. Hər iki komanda turnirə qələbə ilə başlamağa çalışsa da, istəyinə nail ola bilməyib. Qarşılaşma 25-25 hesabı ilə başa çatıb.
Ardınca yarışın açılış mərasimi olub. Milli musiqi sədaları altında təqdim edilən müxtəlif rəqslər, maraqlı kompozisiyalar maraqla qarşılanıb.
Şərh əlavə et