Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.
Təsnifat turnirində millimiz ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta yığmaları da mübarizə aparacaqlar.
Komandamız “Bakı İdman Sarayı”nda keçiriləcək yarışa yanvarın 13-də yerli vaxtla saat 17:00-da Malta seçməsinə qarşı oyunla start verəcək.
Həndbolçularımız yanvarın 14-də saat 17:00-da Böyük Britaniya seçməsi ilə qarşılaşacaqlar.
Yanvarın 15-i saat 15:00-da isə millimiz Kipr kollektivi ilə oyuna çıxacaq.
Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək

Şərh əlavə et