Qadın həndbolçuların Azərbaycan çempionatında daha iki turun oyunları keçirilib

Həndbol həvəskarları həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatının növbəti oyunlarını izləyiblər.
3-cü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 topluq üstünlük qazanan “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə son çempionun xeyrinə başa çatıb. “U-16” – “İdman Akademiyası” görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27-14 hesabı ilə irəlidə başa vuran ”tələbələr” qalan vaxtda üstünlüyü daha da artırıblar – 47:21.
Qarabağ”la “Azəryol”un 4-cü turdakı görüşü də “Azəryol”un qələbəsi ilə nəticələnib – 32:26. “İdman Akademiyası” isə bu turda “U-16”ya daha böyük hesabla qalib gəlib – 47:12.
4 oyundan maksimum nəticə göstərən “Azəryol” çempionatın vahid lideridir. “Azərsu” və “İdman Akademiyası” ondan 6 xal geri qalır. “U-16” və “Qarabağ”ın aktivində xal yoxdur.

 

Şərh əlavə et

Click here to post a comment

20 − thirteen =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524