Həndbol üzrə Azərbaycan çempionatı davam edir

Həndbol üzrə Azərbaycan çempionatı davam edir.  Kişilərin mübarizəsində ikinci turun görüşləri keçirilib.

Növbəti oyun günündə meydançaya əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar. Rəqiblərin ilk turdakı oyunu 29-28 hesabı ilə nəticələnmişdi.

Azarkeşləri önünə revanş hissi ilə çıxan son çempion çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Baxmayaraq ki, ilk hissə 14:9 hesabı ilə “Bakı”nın xeyrinə başa çatıb. Amma, fasilədən sonra yüksək əzmkarlıq göstərən “Məhsul” hesabda tarazlıq yaratmağı bacarıb – 21:21.

Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” komandası çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib – 25:24.

Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30 hesabı ilə qalib gəlib.

“U-16” – “Təhsil” görüşü isə 22:46 hesabı ilə başa çatıb.

 

Şərh əlavə et

Click here to post a comment

twelve + 18 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524