Zəfər Gününə həsr olunmuş zona yarışı başa çatıb

Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına yekun vurulub.
Zəfər Gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygöl həndbolçuları bacarıqlarını göstəriblər. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın final görüşündə Göygöl və Şirvan komandaları qarşılaşıblar. Daha yaxşı oyun nümayiş etdirən Göygöl həndbolçuları 2-1 hesabı ilə qalib gəliblər. Beləliklə yarışın nəticələrinə əsasən “Göygöl” 7 xalla 1-ci, “Şirvan” 6 xalla 2-ci, “Gəncə 1” komandası 5 xalla 3-cü yeri tutub.
Bağlanış mərasimində yarışın əhəmiyyətindən söz açan Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov, qalibləri təbrik edərək final mərhələsinə məsuliyyətlə hazırlaşmağı tövsiyyə eləyib.
Qeyd edək ki, zona yarışlarının finalçıları gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

 

Şərh əlavə et

Click here to post a comment

ten − 4 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524