Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov qalib həndbolçuları qəbul edib

Azərbaycan Həndbol Federasiyasının rəhbərliyi Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatını qazanan qadın həndbolçulardan ibarət milli komandanın üzvlərini qəbul edib.
Federasiya prezidenti Saleh Məmmədov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanması münasibətilə komandanın üzvlərini təbrik edib. O, Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanmasını ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsi kimi dəyərləndirib. Azərbaycan hər il yeni-yeni beynəlxalq turnirlərin təşkilatçısı kimi böyük nüfuz qazanır, ən mötəbər yarışlarda mühim uğurlar əldə edir deyən Saleh Məmmədov belə bir tərəqqinin həndbolun inkişafı üçün də böyük imkanlar yaratdığını vurğulayıb.
Göstərilən diqqət və qayğıya görə federasiya prezidentinə minnətdarlıqlarını bildirən idmançılar əmin ediblər ki, komandanın qələbə soraqları yeni yarışlardan da eşidiləcək.
Komanda üzvlərini bir daha təbrik edən Saleh Məmmədov onlara yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524