Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa kuboku yarışlarının 1/16 final mərhələsindəki rəqibi bəlli olub.
Paytaxt təmsilçisi bu raundda Serbiyanın “ZRK Naisa” komandası ilə qarşılaçacaq.
Azərbaycan çempionu ilk oyuna noyabrın 14-də və ya 15-də səfərdə çıxmalıdır. Cavab görüşü isə bir həftə sonra gerçəkləşəcək.