“Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının yarımfinal mərhələsinə start verilib.
Bu gün meydana ilk olaraq Azərbaycanın və Özbəkistanın qadın həndbolçuları çıxıblar. Digər finalçı Türkiyə və Kamerun yığmalarının qarşılaşmasında məlum olacaq.
Kişi həndbolçuların mübarizəsində finalçılar isə Səudiyyə Ərəbistanı-İraq, Əlcəzair-Türkiyə görüşlərində müəyyənləşəcək.
Qeyd edək ki, final oyunları mayın 14-də keçiriləcək.
ə