Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların təsəlliverici görüşləri keçirilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində əvvəlcə yeddinci və səkkizinci yerlər uğrunda Pakistan və İordaniya komandaları üz-üzə gəlib. 33:31 hesabı ilə qələbə qazanan Pakistan seçməsi yarışı yeddinci, İordaniya kollektivi sonuncu – səkkizinci yerdə başa vurub.
Beşinci və altıcı yerlər uğrunda görüşdə isə Azərbaycan və Mərakeş komandaları münasibətləri aydınlaşdırıb. Azərbaycan həndbolçuları İslamiadada 31-25 hesablı qələbə sayəsində 5-ci yeri tutublar. Mərakeş kollektivi isə altıncı yerlə kifayətlənməli olub.
Qeyd edək ki, yarımfinal görüşləri mayın 13-də olacaq.