Kişi həndbolçulardan ibarət millimiz bu gün “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında 5-6-cı yerlər uğrunda görüşdə Mərakeşlə qarşılaşıb.
31:25 hesabı ilə qalib gələn həndbolçularımız yarışı beşinci pillədə başa vurublar. Mərakeş kollektivi isə altıncı olub.
Matçın 20-ci dəqiqəsində Dalibor Sukic qayda pozuntusuna görə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoysa da, həndbolçularımız yüksək əzmkarlıq sayəsində üstünlüyü qoruyublar.
Azərbaycan millisinin kapitanı Sabir Nəzərəliyev 10 qolla matçın ən məhsuldar oyunçusu olub.