Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsi başa çatıb.
Əvvəlcə kişilər arasında “B” qrupu çərçivəsində görüşlər keçirilib. Mərakeşə 25:22 hesabı ilə qalib gələn İraq millisi yarımfinala yüksəlib.
Qrupun digər oyununda İordaniya ilə qarşılaşan Türkiyə milisi 26:21 hesabı ilə qələbə qazanıb.
Kişilər arasında “A” qrupunun ilk oyununda Səudiyyə Ərəbistanı Pakistanı məğlub edib – 35:26. Ardıcıl üç qələbə qazanan Səudiyyə Ərəbistanı qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Digər oyunda isə millimizə 35:22 hesabı ilə qalib gələn Əlcəzair həndbolçuları yarımfinala adlayıblar.
Qadınların mübarizəsində Özbəkistan ilə qarşılaşan Kamerun kollektivi inamlı qələbə qazanıb – 41:25.
Gərgin mübarizə ilə yadda qalan Azərbaycan – Türkiyə matçı isə həndbolçularımızın 27:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Kişi həndbolçuların mayın 12-də keçiriləcək təsəlliverici görüşlərində Pakistan İordaniya ilə, Azərbaycan Mərakeş ilə qarşılaşacaq
Yarımfinal oyunları isə mayın 13-də keçiriləcək.