IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən qadın həndbolçulardan ibarət millimiz qrup mərhələsinin sonuncu oyununda da qələbə qazanıb.
Türkiyə komandası ilə üz-üzə gələn həndbolçularımız gərgin idman mübarizəsi şəraitində keçən ilk hissədə 10:8, ikinci hissədə isə 17:14 hesabı ilə üstün olublar. Beləliklə, 27:22 hesabı ilə qələbə qazanan Azərbaycan milli komandası qrup mərhələsində maksimum nəticə göstərərək yarımfinala yüksəlib.