IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir. İkinci oyun gününün son qarşılaşmasında Azərbaycanın və Səudiyyə Ərəbistanının kişi həndbolçuları üz-üzə gəliblər.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsi rəqib komandanın üstünlüyü ilə bitib – 19:14. Komandamız ikinci hissədə də vəziyyəti dəyişə bilməyib – 17-19. Ümumi hesabda 38:31 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı həndbolçuları “Bakı-2017” də ikinci qələbələrini qazanıblar.