Mayın 10-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında qrup mərhələsinin ikinci turunun oyunları olub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişi həndbolçuların “A” qrupunda yer alan Əlcəzair yığma komandası Pakistan millisinə qalib gəlib – 47:24. Qrupun digər görüşündə Səudiyyə Ərəbistanı milli komandamızı məğlub edib – 38:31.
“B” qrupunun Türkiyə – İraq görüşündəki gərgin mübarizədən türkiyəli həndbolçular qalib ayrılıblar – 35:33. Mərakeş – İordaniya matçı isə 27:16 hesabı ilə başa çatıb.
Kişi həndbolçularımızdan fərqli olaraq qadınlardan ibarət milli ardıcıl ikinci görüşdə də qalib gəlib. Həndbolçularımız Özbəkistan kollektivi üzərində inamlı qələbə qazanıblar – 47:21.
Kamerun-Türkiyə matçında isə qardaş ölkə təmsilçiləri 33:31 hesabı ilə üstün olublar.