Qadın həndbolçulardan ibarət Azərbaycan millisi bu gün “Bakı-2017”-də növbəti oyununu keçirib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunda rəqib Özbəkistan millisi olub. Görüşə fəal başlayan komandamız ilk hissədəcə iddiasını büruzə verib – 23:9. Təşəbbüsü əldən verməyən həndbolçularımız ikinci hissəni 24:12 hesabı ilə başa vurublar. Ümumi hesabda rəqibi 47:21 hesabı ilə məğlubiyyətə uğradan millimiz qrup mərhələsində ikinci qələbəni rəsmiləşdirib.