Qadın həndbolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində Kamerun kollektivi ilə qarşılaşan həndbolçularımız ilk hissəni 16:14 hesabı ilə başa vurublar. Matçın ikinci hissəsində də üstünlüyü əldən verməyən komandamız İslamiadada ilk qələbəsini qazanıb – 28:26.