“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol turnirində mübarizə başlanıb.
Bu gün keçirilən ilk oyunda “A” qrupunda yer alan Səudiyyə Ərəbistanı və Əlcəzairin kişi həndbolçuları üz-üzə gəliblər.
Qeyd edək ki, kişi həndbolçuların yarışında səkkiz, qadınların mübarizəsində isə dörd komanda bacarığını göstərəcək. “A” qrupunda Azərbaycan, Səudiyyə Ərəbistanı, Əlcəzair, Pakistan, “B” qrupunda Türkiyə, Mərakeş, İraq və İordaniyanın kişilərdən ibarət seçmələri qərarlaşıb.
Qadınların yarışında isə Azərbaycan Kamerun, Türkiyə və Özbəkistan kollektivləri mübarizə aparacaq.
Oyunlar “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.