Kişi həndbolçularımız “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirirlər. Komandamız təlim–məşq toplanışı çərçivəsində daha bir oyun keçirib.
Həndbolçularımız mayın 4-də “ABU-Arena”da baş tutan qarşılaşmada Ukraynanın “Şaxtyor” komandasına 34:29 hesabı ilə qalib gəliblər.