Qadın həndbolçulardan ibarət seçmə komandamız IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesini davam etdirir.
Millimiz təlim-məşq toplanışı çərçivəsində aprelin 28-də və 29-da “ABU-Arena”da Rusiyanın “Rostov–2” komandası ilə yoldaşlıq oyunlarına çıxıb. Qarşılaşmalar müvafiq olaraq, 34:16 və 34:20 hesabı ilə həndbolçularımızın xeyrinə nəticələnib.
Növbəti yoxlama görüşləri mayın 2-dək keçiriləcək.