Azərbaycan Həndbol Federasiyasının (AHF) “ABU Arena”da fəaliyyət göstərən ofisi yeni ünvana köçürülüb.
Federasiya daha rahat, geniş və müasir standartlara cavab verən yeni ofisdə fəaliyyət göstərəcək. Hazırda federasiya son dərəcə əlverişli məkanda -paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunda yerləşən “SDN” Biznes Mərkəzində fəaliyyətini davam etdirir. Müasir avadanlıqlarla təmin olunan və yeni üslubda tərtib edilən ofis mərkəzin 14-cü mərtəbəsindədir. Ofisin foyesində federasiyanın fəaliyyətini əks etdirən guşə yaradılıb.
Mükəmməl infrastruktura malik ofisdə fəaliyyət üçün hərtərəfli şərait var.