“ABU Arena”da Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçirilib. Yarışda 2000-2001-ci il təvəllüdlü yeniyetmələrdən ibarət 9 komanda (5 oğlan, 4 qız) mübarizə aparıb.
Azərbaycan birinciliyində 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçiləri və Respublika Kompleks İdman Məktəbinin (RKİM) yetirmələri bacarığını göstərib.
Nəticələrə əsasən, oğlanların yarışında 2 saylı RİOEUGİM-in komandası birinci, 12 saylı İOEUGİM-in kollektivi isə ikinci yerə layiq görülüb.
Qızların yarışında isə 12 saylı İOEUGİM-in komandası birinci, 2 saylı RİOEUGİM-in komandası ikinci yeri tutub.