“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq qadın həndbolçulardan ibarət Azərbaycan millisinin oyun təqvimi açıqlanıb.
Seçmə komandamız mayın 9-da Özbəkistan, 10-da Kamerun, 11-də Kot d`İvuar seçmələri ilə qarşılaşacaq. Mayın 13-də keçiriləcək son oyundakı rəqibimiz isə Türkiyə millisi olacaq.
Qeyd edək ki, bütün görüşlər “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.