İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələrin XI Respublika oyunları çərçivəsində həndbol üzrə final yarışları davam edir. Artıq yarışın üçüncü turu da arxada qalıb.
“Göygöl” və “Gəncə” komandalarının görüşündə qalib müəyyənləşməyib – 5:5.
Günün ikinci oyununda “İsmayıllı” kollektivi ilə qarşılaşan “Şirvan” 10:6 hesabı ilə qələbə çalıb. Digər görüşlərdə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Mingəçevir” həndbolçularına 11:8, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçiləri isə “Saatlı” idmançılarına 11:9 hesabı ilə qalib gəlib.