Qadınlardan ibarət həndbol üzrə Azərbaycan milli komandası beynəlxalq turnirə qatılacaq.
Aprelin 9-dan 13-dək Xerson şəhərində keçiriləcək beynəlxalq turnirdəki rəqiblər Ukraynanın “HC Dnepryanka” (Xerson), “HC Qaliçanka” (Lvov), “Real” (Nikolayevsk) komandaları olacaq.
Seçmə komandamızın bu yarışa qatılmasının əsas məqsədi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində hazırlıq səviyyəsini yoxlamaqdır.