Aprelin 6-da kişi həndbolçuların “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarındakı yarışının püşkü atılıb.
Xəbər verdiyimiz kimi, qələbə uğrunda Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları mübarizə aparacaq.
Püşkün nəticələrinə əsasən, Azərbaycan millisi “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan seçmələri ilə qüvvəsini sınayacaq.
“B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yer alıb.