Azərbaycanın həndbol hakimləri Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişilər arasında “Challenge Cup” turnirinin oyunlarına təyinat alıblar.
Beynəlxalq dərəcəli hakimlər aprelin 1-də Slovakiyanın Sala şəhərində keçiriləcək “HKM Sala” (Slovakiya) – “JMS Hurry-Up” (Hollandiya) görüşünü idarə edəcəklər.