Qadınlardan ibarət milli komandamızın üzvləri bu gün Mingəçevirə yollanıblar.
Həndbolçularımız “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçirəcəklər.
Martın 26-da yekunlaşacaq toplanış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyır.