Beynəlxalq dərəcəli həndbol hakimi İsgəndər Əsgərov Avropa Həndbol Federasiyası (EHF) tərəfindən kişilər arasında “Challenge Cup” turnirinin 1/4 final mərhələsinin oyunlarına təyinat alıb.
O, martın 25-26-da Yunanıstanın “Doukas” və Portuqaliyanın “Sportinq” komandaları arasında keçiriləcək görüşlərdə EHF-nin nümayəndəsi olacaq.
Qeyd edək ki, Portuqaliyanın Lissabon şəhərində keçiriləcək qarşılaşmaları çexiyalı hakimlər briqadası idarə edəcək.