Bu gün həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrənin oyunlarına start verilib.
Qadın həndbolçuların mübarizəsində “Nur” komandası “Qarabağ”a 32:22, “Azəryol” “Gənclər Birliyi”nə 36:16 hesabı ilə qalib gəlib.
Kişilərin yarışında isə “Təhsil” kollektivi “RİOEUGİM”i 30:29, “Məhsul” komandası “Nəsimi”ni (12 saylı İOEUGİM) 37:19 hesabı ilə məğlub edib.