Martın 10-da “ABU Arena”da kişi və qadın həndbolçuları arasında Azərbaycan çempionatının ikinci dövrəsi başlanacaq.
Açılış oyununda “Gənclər Birliyi” və “Azəryol” komandaları üz-üzə gələcəklər. Ardınca “Nur”–“Qarabağ”, “Təhsil”–RİOEUGİM, “Nəsimi”–“Məhsul” oyunları keçiriləcək.
Çempionatın təntənəli bağlanış və mükafatlandırma mərasimi martın 12-də olacaq.