Həndbol üzrə Azərbaycan çempionatında birinci dövrə yekunlaşıb

Həndbol üzrə Azərbaycan çempionatında ilk dövrə başa çatıb.

Son oyun günündə iki qarşılaşma olub. Kişilərin mübarizəsində Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Nəsimi”ni 26:23, “Məhsul” isə “Təhsil”i 32:16 hesabı ilə məğlub edib.

İlk dövrənin nəticələrinə əsasən, qadın komandaların yarış cədvəlinə 6 xalla “Azəryol” başçılıq edir. “Nur” 4 xalla ikinci, “Qarabağ” 2 xalla üçüncüdür. Keçirdiyi oyunlarda xal toplamağı bacarmayan “Gənclər Birliyi” komandası sonuncu pillədə qərarlaşıb. Kişi həndbolçuların mübarizəsində aktivində 6 xal olan “Məhsul” liderdir. “Təhsil” 4 xalla ikinci, RİOEUGİM 2 xalla üçüncüdür. Sonuncu pillədə qərarlaşan “Nəsimi” komandasının aktivində xal yoxdur.

Qeyd edək ki, ölkə çempionatının ikinci dövrəsinə mart ayında start veriləcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2017
BE ÇA Ç CA C Ş B
    Okt »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524