Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Fevralın 16-da həndbol üzrə Azərbaycan çempionatının rəsmi açılışı olub.

Aşılış mərasimində çıxış edən  Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov həndbolçuları  salamlayaraq  24-cü respublika çempionatının iştirakçıları barədə məlumat verib.

Federasiya rəhbəri bildirib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2017-ci ildə federasiyada edilən dəyişiklik  ölkəmizdə həndbolun inkişafına təkan verəcək.

Bu günün Azərbaycan həndbolu üçün əlamətdar və yadda qalan bir  tarix olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə  çempionatın uğurlu alınacağına inandığını bildirib. Respublikamızda həndbolun ənənələrini xatırladan  Çingiz Hüseynzadə ölkə çempionatı ilə yanaşı, 4-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək kişi və qadın komandalarına  uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov  iştirakçıları salamlayaraq  həndbolun sevimli idman növlərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, kişi həndbolçuların yarışında “RİOEUGİM”, “Təhsil”, “Məhsul”, “Nəsimi”, qadınların çempionatında isə,  “Azəryol”, “Nur”, “Gənclər Birliyi” və “Qarabağ” komandaları mübarizə aparacaq. Çempionatın birinci dövrəsi fevralın 19-da yekunlaşacaq. İkinci dövrənin oyunları isə martda başlanacaq.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2017
BE ÇA Ç CA C Ş B
    Okt »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524