Həndbol üzrə Azərbaycan çempionatında 3 oyun keçirilib

Fevralın 16-da “ABU-Arena”da start götürən həndbol üzrə Azərbaycan çempionatının ilk günündə birinci dövrənin 3 oyunu olub.

Qadın həndbolçuların mübarizəsində “Qarabağ” “Gənclər Birliyi”ni 34:20, “Azəryol” “Nur”u 24:21 hesabı ilə məğlubiyyətə uğradıb. Kişilər arasında keçirilən yeganə oyunda isə “Təhsil” klubu 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandasına 27:21 hesabı ilə qalib gəlib.

Fevralın 17-də “Gənclər Birliyi” “Nur”, “Azəryol” “Qarabağ”, “Məhsul” isə “Nəsimi” ilə görüşəcək.

Qeyd edək ki, həndbol üzrə ölkə çempionatının birinci dövrəsi fevralın 19-dək davam edəcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2017
BE ÇA Ç CA C Ş B
    Okt »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524