Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər

Şağan Olimpiya İdman Kompleksində  2006-2008-ci il təvəllüdlü oğlanlar  arasında həndbol üzrə Azərbaycan birinciliyi  və 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may – Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyinə start verilib.

Yarışın açılış mərasimində iştirak edən Azərbaycan Həndbol Federasiyasının əməkdaşları İsgəndər Əsgərov və  Lyudmila Şubina komandaların sayının artmasının həndbolun inkişafından xəbər verdiyini vurğulayıb. Yaxın zamanda həndbol üzrə növbəti Azərbaycan çempionatının keçiriləcəyini də diqqətə çatdıran federasiya nümayəndələri iştirakçılara uğurlar arzulayıblar.

Yarışın ilk günündə qılzardan ibarət komandalar bir, oğlanlar isə iki dəfə meydana çıxmaqla, ümumilikdə üç oyun keçirilib. Açılış matçında “6 saylı İOEUGİM-1” komandası “6 saylı İOEUGİM-2” kollektivinə 10:7 hesabı ilə qalib gəlib.

Oğlanlar arasındakı  ilk qarşılaşmada  “Bakı 2” (6 saylı İOEUGİM)  komandası “Gəncə” komandasını 20:19 hesabı ilə üstələyib. Günün son görüşündə “Mingəçevir”  və “Bakı 3” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyun “Mingəçevir” həndbolçularının 21:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarışlar iyunun 5-dək davam edəcək.

 

Şərh əlavə et

Click here to post a comment

2 × four =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524