Yeniyetmə həndbolçular arasında Azərbaycan və Bakı birinciliyinə yekun vurulub

Şağan Olimpiya İdman Kompleksində  2006-2008-ci il təvəllüdlü oğlanlar  arasında həndbol üzrə Azərbaycan birinciliyi  və 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may – Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyinə yekun vurulub.

Yarışın son günündə keçirilən oyunlarda oğlanlardan ibarət “Bakı 1” (Təhsil yığması) “Bakı 2” (6 saylı İOEUGİM) komandasını 26:8, “Gəncə” “Bakı 3” komandasını 26:18 hesabı ilə məğlub edib. Digər görüşlərdə “Bakı 2” (6 saylı İOEUGİM) “Bakı 3”ə 19:9, “Bakı 1” (Təhsil yığması) “Mingəçevir”ə 24:16 hesabı ilə qalib gəlib.

Qızların yarışında isə “2 saylı İOEUGİM” “6 saylı İOEUGİM-2” komandası üzərində qələbə çalıb – 14:9.

Nəticələrə əsasən, “Bakı 1” (Təhsil yığması) komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar  arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi adını qazanıb. İlk üçlüyü “Bakı 2” (6 saylı İOEUGİM) və “Gəncə” komandaları qapayıblar.

2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may – Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi isə, “2 saylı İOEUGİM” kollektivinin qələbəsi ilə yekunlaşıb. 2-ci-3-cü yerləri müvafiq olaraq “6 saylı İOEUGİM-1” və “6 saylı İOEUGİM-2” komandaları tutublar.

Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb. Federasiyanın baş katibi Yusif Atakişiyev, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin də qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.

Şərh əlavə et

Click here to post a comment

three × four =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524