Yeni Həndbol Liqası keçirilr

2004-cü il və aşağı təvəllüdlü oğlanlar arasında Həndbol üzrə Azərbaycan Respublikası I Liqası yarışına start verilib.  Məqsəd;
– Azərbaycan Respublikasının şəhər, rayonlar və UGİM-lərdə həndbol idman növünü təbliğ və inkişaf etdirmək;
– ən güclü həndbolçuları aşkar etmək, seçmə komandaya namizədlər seçmək;
– həndbolun coğrafiyasının genişlənməsi və ölkədə gənclər arasında sağlam həyat tərzi;
– komandaların və idmançıların idman ustalığı səviyyələrinin artırılması;
– Azərbaycanın yeniyetmə, gənclər, milli və olimpiya seçmə komandaları üçün yüksəkixtisaslı idmançıların hazırlığı;
-Azərbaycanda həndbolun gələcək inkişafı.

Yarışın qalib və mükafatçıları mayda məlum olacaq.
Mübarizəyə qatılmaq istəyən komandlar yarışların hazırlığına və keçirilməsinə ümumi rəhbərlik edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə müraciət ünvanlaya bilərlər.
Məlumat üçün bildirək ki, bütün rayon komandalarının nəqliyyat, yemək və qalmaq xərcləri Azərbaycan Həndbol Federasiyası tərəfindən, qaliblərin mükafatlandırılması və hakimlərin əmək haqqları isə Gənclər və İdman Nazirliyi tərəfindən ödəniləcək.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680